Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Diddinin həbsdən sonra görünüşü jurnalistləri şoka salıb
İnsan alveri və cinsi istismar ittihamı ilə təqsirləndirilən P.Diddinin məhkəmədə növbəti dinləməsi keçirilib.
Oxu.Az-ın super.ru-ya istinadla verdiyi məlumata görə, iclasda iştirak edən jurnalist Elizabet Millner məşhur rep ifaçısı və prodüserin görünüşü haqqında şok təfərrüatı bölüşüb.
Onun sözlərinə görə, Diddi heyrətləndirici dərəcədə arıqlamış və kədərli görünüb.
"O, inanılmaz dərəcədə arıqlamış görünürdü ki, bu da federal həbsxanada bir neçə ay keçirdiyini nəzərə alsaq, gözlənilən idi. Bundan əlavə, jurnalist qeyd edib ki, Diddinin saçları nəzərəçarpacaq dərəcədə ağarıb və onun görünüşü yorğunluq və tükənmədən xəbər verir. Onun görünüşü əvvəlki zəngin həyat tərzindəkindən çox fərqlənir", - deyə Millner bildirib.
Nəşrin məlumatına görə, jurnalistlər kameralarla iclasa buraxılmayıblar, ona görə də, foto və video təsdiq olmadan sözlərə inanmaq lazım gəlir.
"Nyu-Yorkun ən sərt və amansız həbsxanalarından birində üç ay, hətta nüfuzlu musiqi maqnatını da sarsıda bilər", - deyə insayderlər bildirirlər.
"P.Diddi (Puff Daddy, Diddy, Şon Kombs)" teqi üzrə xəbərlər
- 13 yaşlı qıza təcavüzdə ittiham olunan reperlər Jay-Z və Diddinin işində gözlənilməz dönüş
- Daha bir kişi Diddini təcavüzdə ittiham edir - Məhkəməyə müraciət etdi
- Kanye Uest afroamerikalı həmkarlarını tənqid etdi: "Köləlik bir seçimdir"
- "Diddi işi"ndə yeni dönüş: Reper hücuma keçir
- Diddi işinin şok detalları: Yeni qurbanlar və cinayətlər ortaya çıxdı