“O səs Türkiyə” yarışmasının yeni mövsümünün ilk buraxılışında üzündəki şişkinliklə diqqət çəkən Ebru Gündeşin botoks etdirdiyi iddia edilmişdi. Amma həqiqət tamamilə başqa bir səbəb imiş.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ifaçının üzündə hər hansı bir estetik əməliyyat olmadığı ortaya çıxıb.
Ağır qrip infeksiyası keçirdiyi üçün üzü şişən Ebru Gündeş xəstəliyin üzündə yaratdığı izləri makiyajla bağlamağa çalışıb, lakin yanlış makiyaj daha çox diqqət çəkməyə səbəb olub.
Aytən Sadıqzadə
www.oxu.az