Britaniyalı müğənni Ed Şiranın konsertində bədbəxt hadisə baş verib.
Oxu.Az "Metro" nəşrinə istinadən xəbər verir ki, hadisə müğənninin ABŞ-nin Detroyt şəhərindəki çıxışından əvvəl baş verib.
Qeyd olunub ki, yükqaldırıcı texnika sıradan çıxaraq bir neçə əməkdaşa dəyib. Onlardan altı nəfəri xəsarət alıb, bir nəfər xəstəxanaya yerləşdirilib.
Konsertin keçirildiyi stadionun nümayəndələri hadisə ilə bağlı araşdırma aparılacağını bildiriblər.
Qaynar xətt:
(055) 224 12 12