Tanınmış musiqiçi və aktyor Ed Şiran İngiltərə Premyer Liqasının "İpsviç" futbol klubunun heyətinə daxil edilib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Əvvəllər klubun şərikli sahibi olan müğənni 17 nömrə altında komandaya yazılıb.
Qeyd edək ki, bu mövsüm "İpsviç" elit liqanı tərk etdiyi 2001/02 mövsümündən sonra ilk dəfə İngiltərə çempionatının əsas divizionunda çıxış edəcək.