“Xəzər” TV-də yayımlanan “5/5” proqramının dünənki qonağı Əməkdar artist Yusif Mustafayev olub.
Oxu.Az xəbər verir ki, o, veriliş zamanı başına gələn bədbəxt hadisədən danışıb.
İfaçı bildirib ki, toyda olarkən onu elektrik cərəyanı vurub:
“1981-ci il idi. Həmin vaxt cavan oğlan idim. Torpağa basdırmadılar. Ancaq onu deyə bilərəm ki, 14 saat komada qalmışam. Səsimə o qədər də mənfi təsir etmədi. Hadisə axşam saat 7-də baş verdi. Toy təzə başlayırdı. Bir də sabah gözümü açdım. Gördüm ki, atam, əmim başımın üstündə dayanıb. Aparatda olan elektrik məni vurdu, yer də yaş idi. Həmin hadisə may ayının 1-də, Salyanda baş vermişdi”.
Pərviz Hüseyn
www.oxu.az