Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Evində ölü tapılan Hollivud ulduzunun qızı açıqlama verdi
Amerikalı aktyor Cin Hekmanın qızlarından biri Lesli Enn Hekman atasının və anası Betsi Arakavanın ölümünün sirr olaraq qaldığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Daily Mail"ə eksklüziv müsahibəsində deyib.
Onun sözlərinə görə, ailə cütlüyün ölüm səbəbi ilə bağlı hüquq-mühafizə orqanlarından cavab gözləyir və hələ də baş verənləri anlamağa çalışır. Eyni zamanda, aktyorun qızı atasının hər hansı bir problemi olduğuna dair heç bir əlamət olmadığını vurğulayıb. O qeyd edib ki, atasını bir neçə aydır görməyib.
"Biz yaxın idik. Bir-iki aydır ki onlarla danışmırdım, amma hər şey normal idi, hər şey yaxşı idi", - o bildirib.
Xatırladaq ki, 95 yaşlı Hekman və onun həyat yoldaşının ölümü barədə fevralın 27-də məlumat yayılıb. Fevralın 26-da cəsədləri aşkar edən polis cütlüyün ölümünün zorakılıq nəticəsində baş vermədiyini qeyd edib.
"Cin Hekman" teqi üzrə xəbərlər
- Hollivud ulduzu və həyat yoldaşının ölümü ilə bağlı YENİ TƏFƏRRÜAT
- Evində ölü tapılan Hollivud ulduzu milyonluq sərvətini övladlarına miras qoymayıb
- Evində ölü tapılan məşhur Hollivud aktyoru və həyat yoldaşının ölüm səbəbi məlum oldu
- Aktyor Cin Hekmanın ölümü ilə bağlı yeni təfərrüat
- Məşhur amerikalı aktyorun və arvadının ölümündə MÜƏMMA