Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Stomatoloji vasitələri qanunsuz şəkildə Azərbaycana keçirmək istəyən şəxs ƏLƏ KEÇDİ
Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları stomatoloji vasitələrin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.
Oxu.Az xəbər verir ki, bu barədə DGK-dən məlumat verilib.
Bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib. Vətəndaşa məxsus əşyalara stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilərkən şübhəli təsvirlər müşahidə edilib.
Yoxlama zamanı həmin şəxsin çamadan və çantasında gömrük orqanlarına bəyan edilməyən üç adda 555 ədəd stomatoloji vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
"Dövlət Gömrük Komitəsi (DGK)" teqi üzrə xəbərlər
- Avtomobil gətirənlərin nəzərinə: Gömrükdə terminal haqqı ARTIRILIB
- Xarici ticarətdə müsbət saldo 3.7 dəfə azalıb
- Yük avtomobilindən kahı formasında aparılan narkotik aşkarlandı
- İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
- Gömrük Hospitalının həkimləri: "İki ildir, maaşımız karta yüklənəndən sonra əlimizdən alınır"