Məşhur rusiyalı müğənni Filipp Kirkorovdan kredit borcunu ödəmək üçün 12 milyon rubl (təxminən 251 min manat) tələb olunur.
Oxu.Az xəbər verir ki, müğənninin nümayəndəsi Roman Kuzmin TASS-a açıqlamasında məlumatı təsdiq edib.
"Mənim müştərimdən kredit məbləği və cərimələr də daxil olmaqla 12 milyon rubl almaq istəyirlər. Kirkorov bankın əvvəlki rəhbərliyi ilə bu məbləğin müqabilində 2022-ci ildə Yeni il korporativ şənliyində çıxış edəcəyi barədə razılığa gəlib", - deyə müğənninin nümayəndəsi bildirib.
Məlumata görə, ulduz sənətçi krediti 2020-ci ildə götürüb, borc ödənilməyəndən sonra Kirkorovun razılığı ilə iddia başqa quruma keçib. İddia ilə bağlı məhkəmə iclası bağlı qapılar arxasında keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl Kirkorovdan 7.7 milyon rubl tələb edilən məhkəmə iddiası ilə bağlı xəbərlər yayılmışdı.