ANS-də yayımlanan “A-dan Z-yə” proqramında xalq artisti Ramiz Əzizbəylinin səhhətində son vəziyyət haqqında hazırlanan süjetdən təsirlənən digər xalq artisti Flora Kərimova efir vasitəsi ilə vəsiyyət edib.
Oxu.Az xəbər verir ki, Kərimova səssiz-səmirsiz dəfn edilməsini istəyib:
“Mən övladlarıma da demişəm, mən dünyadan köçəndə heç kimə deməsinlər, məni səssiz-səmirsiz basdırın. Bir də demişəm ki, başdaşımın üstünə adımı yazmayın. Axı nə vaxtsa başdaşımın üstünü toz alacaq və o ad da görünməyəcək. Bu cür sənətkarların səhhətinin pisləşməsini, dünyadan getməsini görüb düşünürəm ki, bu sənət kimlərə qalacaq görəsən? Ramizi o cür gördüm və çox pis oldum. Allah ona şəfa versin”.
Aytən Sadıqzadə
www.oxu.az