Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövründən bəhs edəcək filmdə çəkiləcək.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, G.Musayeva filmdə Məryəm obrazını canlandıracaq. Onunla birlikdə həyat yoldaşı, aktyor Tolqa Karel də rol alacaq.
Ərdoğan obrazını Orhan Kılış canlandıracaq. Noyabrda çəkilişlərinə başlanacaq “Kod adı K.O.Z” adlanan film 2015-ci ilin fevralında geniş auditoriyaya təqdim olunacaq. Ekran əsərində 17 dekabr əməliyyatından bəhs olunacaq.