Özünütəcrid rejimində zamanını əyləncəli və faydalı keçirmək üçün hərə müxtəlif yollara əl atır. Kimisi mütaliə edir, kimisi sosial media ilə başını qatır, kimisi də dünya şöhrətli müğənni Madonna kimi mətbəxdə uşaqlarını və yaxın dostlarını başına toplayıb “party” keçirir.
Oxu.Az xəbər verir ki, 61 yaşlı pop-diva dəbdəbəli evində səs-küylü məclis təşkil edib. Musiqi sədaları altında Madonna övladları - 14 yaşlı Devid və Çifundo, 7 yaşlı Stella və Ester ilə birlikdə həyəcanlı rəqsləri ilə əyləncəyə rəng qatıblar.

Diqqət çəkən məqam isə sənətçinin böyük uşaqları - 23 yaşlı Lurdes və 19 yaşlı Rokkonun, eləcə də 25 yaşlı sevgilisi, rəqqas Ahlamalik Uiliyamsın “party”də gözə dəyməməsi olub.
Madonnanın “party” sevgisi izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Onlar məşhur ulduzun hamının təcrid olunduğu bir dövrdə bu qədər insanla təmas etməsini doğru saymayaraq, müğənnini tənqid atəşinə tutublar.
View this post on InstagramKitchen Party #4/20 .................. not bad for one good leg! 😂 #stayhome #staysafe #keepdancing
Rəşad Əliyev
"Madonna" teqi üzrə xəbərlər
- Teylor Svift Beyonseni geridə qoydu
- FIFA-dan qalmaqallı qərar: Dünya çempionatının finalında fasilə niyə uzadılır?
- DÇ-2026-nın bağlanış mərasimində iştirak edəcək məşhurlar müəyyənləşdi - FOTO
- Castin Biber DÇ-2026-nın final oyununun fasiləsində çıxış edəcək
- Madonna "Çelsi"nin yeni formasını nümayiş etdirdi - FOTO - VİDEO
Digər xəbərlər