Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Kanye Uestin 33 milyon izləyicisi olan "X" hesabı bağlanıb: Reperin son paylaşımı](https://images.oxu.az/2025/02/10/EQeij2VZ8aY8to1xIUpHlAb01HFD7Y2dvDX4PF6u:1200.webp)
Kanye Uestin 33 milyon izləyicisi olan "X" hesabı bağlanıb: Reperin son paylaşımı
Məşhur amerikalı reper Kanye Uestin "X" sosial şəbəkəsindəki səhifəsi bağlanıb.
Oxu.Az-ın məlumatına görə, musiqiçinin səhifəsini 33 milyondan çox insan izləyirdi.
Qeyd edək ki, paylaşımında o, özünü ABŞ-nin gələcək prezidenti adlandırıb və sosial şəbəkənin sahibi İlon Maska öz fikirlərini ifadə etmək imkanına görə təşəkkür edərək pərəstişkarları ilə vidalaşıb.
Paylaşımında Uest yəhudiləri ABŞ-ni məhv etməkdə günahlandırıb və dünyadakı bir çox insanın "yəhudilərin layihələndirdiyi şəhərləri Adolf Hitlerin layihələndirdiyi şəhərlərlə" müqayisə etdiyini bildirib.
Reper ABŞ prezidenti olacağını və Hitlerin şəxsi memarı Albert Şpeerlə birlikdə "ABŞ-ni yenidən quracağını" vəd edib.
Uest qeyd edib ki, milyarder İlon Mask onun hesabını izləməkdən imtina etməyə məcbur olub. Buna baxmayaraq, reper sahibkara uzun müddət ərzində öz fikirlərini sərbəst ifadə etmək imkanına görə təşəkkür edib.
"Kanye Uest" teqi üzrə xəbərlər
- Kanye Uest afroamerikalı həmkarlarını tənqid etdi: "Köləlik bir seçimdir"
- "Qremmi"dəki qalmaqaldan sonra Kanye Uest öz xəstəliyi barədə gözlənilməz açıqlama verdi
- Kanye Uest arvadının "Qremmi"yə çılpaq qatıldığı üçün qovulmalarına dair ilk dəfə açıqlama verdi
- "Qremmi"də qalmaqal: Çılpaq Byanka Senzori və Kanye Uest tədbirdən qovuldular
- Kanye Uest və ictimaiyyət qarşısına daim yarıçılpaq çıxan Byanka Senzori boşanır
Rəylər