Ötən gün səhər saatlarında dünyasını dəyişən Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımov dəfn edilib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in dəfndə iştirak edən əməkdaşının verdiyi məlumata görə, sənətçi ilə vida mərasimi bu gün öz yaşadığı evdə keçirilib. Mərasimə sənətçinin bir çox dostları və həmkarları qatılıblar.
Mərasimdə müğənninin "Laçınım" mahnısı səsələndirilib.
Daha sonra M.Kazımovun cənazəsi Xırdalan qəbristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, mərhumun oğlu Rəşid Kazımov atasının şəkər xəstəliyindən əziyyət çəkdiyini deyib:
"Qripə yoluxmuşdu. Bu xəstəlik atama pis təsir etdi. Onun vəziyyətini ağırlaşdırdı".