Keçmiş model və xəbər aparıcısı Defne Samyelinin 19 yaşındakı qızı Deren Talu model kimi çalışır.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Deren Talu moda çəkilişlərinin kamera arxası şəkillərini mütəmadi olaraq İnstagram hesabında paylaşır. Bu paylaşımlar onun həyatında yaşıl işıq yandırıb.

Talu fevralın ortasında başlayacaq 3 serialdan təklif alıb, ancaq dərsləri ucbatından təklifləri qəbul etməyib.

Gənc qız iyun ayında başlayacaq bir serialda rol almağa qərar verib.


Aytən Sadıqzadə
www.oxu.az