Ötən gün muğam ifaçısı Mirələm Mirələmovun toyu olub.
Oxu.Az xəbər verir ki, günorta saatlarında Bakı kəndlərindən birində təşkil edilən kişi toyunda sənət aləmin tanınmış simaları - Xalq artistləri Alim Qasımov, Canəli Əkbərov, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artist Babək Niftəliyev, aparıcı Hacı Nuran Hüseynov və digərləri iştirak edib.
Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi və Azərbaycan Dövlət Televiziyasının (AzTV) təşkilatçılığı ilə 4 ay davam edən “Muğam müsabiqəsi - 2011”-in final mərhələsində münsiflər heyətinin yekdil qərarı ilə Mirələm Mirələmov və Səbinə Ərəbli birinci yeri tutublar.
Aytən Sadıqzadə
www.oxu.az