Xəbər verdiyimiz kimi avqust ayının 23-də “Bakı Kristal Holl”da “Miss Globe İnternational 2014” Gözəllik Müsabiqəsi baş tutacaq.
Oxu.Az xəbər verir ki, avqustun 23-ü Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu gündür.
Məsələ ilə əlaqədar adıçəkilən müsabiqənin təşkilatçısı Savaş Ağca ilə əlaqə saxladıq. Onun sözlərinə görə final tarixi dəyişdirilməyəcək:
“Final gününün tarixi dəyişdirilməyəcək. Konsertdə “Miss Globe İnternational 2014” gözəllik müsabiqəsinin yaradıcı heyəti, 120 ölkədən gələcək gözəlləri, məşhur müğənniləri ilə birlikdə həmin işğal gününü anacaqdır. Konsertin təşkilatçıları və dəstəkçiləri bu önəmli və kədərli tarixin əhəmiyyətini dünyaya çatdıracaqdır”.
Konsertin ölkəmizdəki təşkilatçıları isə həmin müsabiqəyə dəstəkdən imtina edərək geri çəkiliblər. Belə ki, “Miss Globe Azərbaycan” layihəsinin və Signs art adventure şirkətinin rəhbəri Nigar Məmmədova türk təşkilatçıları ilə problem yaşandğını və hələlik bu haqda heç bir açıqlama vermək istəmədiyini vurğulayaraq müsabiqədən geri çəkildiyini bəyan edib.
Aytən Sadıqzadə
www.oxu.az