Xəbər verdiyimiz kimi ötən gün Çində “Miss Model of the World - 2014” müsabiqəsinin finalı baş tutub.
Oxu.Az xəbər verir ki, müsabiqənin qalibi amerikalı gözəl Shelynne Paige Hoyt olub. O, “Miss California USA 2012” və “Miss Orange County 2014” müsabiqələrinin qalibidir.




Azərbaycan təmsilçisi Kamilla Ələkbərova (red.- əsl adı Suğra Ələkbərovadır) isə iki nominasiyaya layiq görülüb: “Miss Beauty Face World” və “Miss Photo Model World”. Bu haqda Çindən modelin özü Oxu.Az-a məlumat verib.







Yarışmada ikinci yeri Ukraynadan Anastasiya Sukh, üçüncü yeri isə Rusiyadan Natalia Tcytko qazanıb.





Aytən Sadıqzadə
www.oxu.az