Dünyanın məşhur “Playboy” modeli Ceylin Kuk Yeni Zelandiyanın müqəddəs Taranaki dağının zirvəsinə qalxıb.
Oxu.Az Ölkə.Az-a istinadla xəbər verir ki, məşhur modelin burada soyunaraq kamera qarşısına keçməsi yerli xalqın qəzəbinə səbəb olub.
Yerli maori tayfasının mətbuat katibi Dennis Nqavhare yeni zellandiyalı Kuku mənəvi dəyərlərə hörmətsizlikdə günahlandırıb və deyib: “Bu Vatikanın San Pietro kilsəsinə girib çılpaq poza vermək kimi bir şeydir”.
Maorilər bu dağı ulu babalarının məzarı olaraq bilirlər və zirvəni də ulu babaları sayırlar. Bu səbəbdən dağın zirvəsinə çıxmaq yaxşı davranış kimi qəbul edilmir. Maorilər dini tədbirlərdən xaric heç vaxt dağın zirvəsinə çıxmırlar.
A.S.
www.oxu.az