ATV-də yayımlanan “Bizim xaricilər” verilişinin yaradıcı heyəti “Eurovision - 2011”-in qalibi Nigar Camalın Londondakı evində çəkiliş aparıb.
Oxu.Az xəbər verir ki, ifaçı sadə dizayna malik evinin bütün otaqlarını tamaşaçılara təqdim edib.
“Pəncərədən baxsanız görərsiniz ki, qarşı tərəfdə varlılar, bu tərəfdə isə kasıblar yaşayır. Royalda ifa etməyi sevirəm. Bu royal Azərbaycan brendidir. Birləşmiş Krallıqda musiqi alətlərinin Azərbaycan brendi də var”, - deyə ifaçı bildirib.
Daha sonra müğənni Londonun məşhur məkanları ilə izləyiciləri tanış edib.
A.S.
www.oxu.az