“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalın münsif olduğu “X Faktor” yarışmasının Türkiyə versiyası ötən gün efir vaxtına start verib.
Oxu.Az-ın məlumatına görə, verilişdə münsif kürsüsündə Nigar Camalla yanaşı, türkiyəli müğənni-bəstəkar Sinan Akçıl, müğənni Atiyə, rejissor-fotoqraf Nihad Odabaşı da yer alıb.
Veriliş hər həftənin çərşənbə günü Bakı vaxtı ilə saat 23:00-da “Kanal D”-də canlı yayımlanacaq.
Qeyd edək ki, Nigar Camalın dəvəti ilə Türkiyəyə yollanan stilist Anar Ağakişiyev onun saç düzümü və makiyajı üzərində çalışıb.