Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində ən böyük otel tikiləcək - FOTO](https://images.oxu.az/2014/07/10/15/50/18/55/Baki:1200.jpg)
“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində ən böyük otel tikiləcək - FOTO
“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində ən böyük otelin tikintisi üzrə müqavilə imzalanıb.
Türk podratçı şirkəti “AE Arma-Electropanc” ilə “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində ilk və ən böyük otelin tikintisi üzrə 42,5 milyon dollarlıq mexaniki, elektrik və santexnika müqaviləsi imzalanıb.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, “Bakı Ağ Şəhər”in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilənə görə, ümumi sahəsi 90 min kvadratmetr olacaq oteldə 818 otaq yerləşəcək.
Otelin tikintisinin gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarınadək, yəni 2015-ci ilin birinci rübündə başa çatdırılması gözlənilir.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda qadın namaz qılarkən qətlə yetirildi - Hadisənin DETALLARI
- Bakıda qəza oldu: Nəqliyyatın hərəkəti ÇƏTİNLƏŞDİ
- Bakıda ödənişli parklanma ərazisində soyğunçuluğa CƏHD - ANBAAN VİDEO
- Bakıda baş verən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
- Təcavüzə məruz qalıb, nikaha məcbur edildiyini deyən qız: "Atamın qəyyumluğu ləğv edilsin"