Azərbaycan Respublikasının xalq artisti Nisə xanım Qasımova 15 İyun Milli Qurtuluş günü münasibətilə Qarabağın Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan bölgələrində yerləşən hərbi hissələrdə konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az xəbər verir ki, konsertlər Nisə xanımın istəyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xəttilə həyata keçiriləcək.
Çoxdan planlaşdırılan konsert proqramı xalq artistinin yaradıcılıq işlərinə görə təxirə salınırdı. Lakin payız aylarında işıq üzü görəcək albomunun hazırlıqlarını təxirə salan müğənni bu əlamətdar gündə xalqın və ordusunun qarşısına çıxmağı qərarlaşdırıb.
Konsertlər 11-12 iyun Füzuli rayonu, 14-15 iyun tarixlərində isə Ağdam rayonunda baş tutacaq. Xalq artisti konsert proqramları boyunca sevilən mahnıları, hitləri ilə bərabər vətənpərvərlik ruhunda da mahnılar da ifa edəcək. Qeyd edək ki, konsertlər yerli telekanallar vasitəsilə canlı yayımlanacaq.