Türkiyəli məşhur müğənni Özcan Deniz İnstagram hesabında Ramazan ayı ilə bağlı qalmaqala səbəb olan yazı paylaşıb.
Yenə böyük süfrələr açılacaq, yenə o başdan və iftarda 5 vaxtlıq yeməklər yeyiləcək.
Oxu.Az ifaçının sözlərindən sitat gətirir:
“Otellərdə, restoranlarda artıq qalanlar isə zibilliyə atılacaq. Yenə aclıqdan əsəbləri pozulanlar oruc tutmayanlara hücum çəkəcək, yenə TV-lərdə böyük miqdarda pul qarşılığında din xadimləri yanğılı musiqilərin müşayiətilə əsassız çıxışlar edərək beyinləri qarışdıracaq. Yenə məşhurlarla iftar şənlikləri hazırlanıb TV şouları təqdim ediləcək və ən əsası yenə “oruc tutmağın” bütün səbəbləri unudularaq gün boyu ac qalıb azan verildikdə yeməyə hücum etmək başa düşüləcək”.
İfaçının bu fikirləri internet istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və bəzi şəxslərin tənqidlərinə məruz qalıb.

E.Ə.
www.oxu.az