Türkiyənin məşhur müğənnisi və aktyoru Özcan Deniz özündən 20 yaş kiçik sevgilisi Şeyda Aktan ilə evlənməyə hazırlaşır.
Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
“Evlilik bir neçə aydan sonra baş tutacaq. Tezliklə ata olmaq istəyirəm”,- deyə Ö.Deniz bildirib.
45 yaşlı ifaçı və 25 yaşlı Ş.Aktan bir ildir ki, sevgilidir. Cütlük sevgi münasibətlərini uzun müddət mediadan gizli saxlayıb.
A.S.
www.oxu.az