“Dəyirman” qrupunun keçmiş üzvü, solo karyerasını uğurla davam etdirən müğənni və parfümer ABD Malik sosial media hesabında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 75-cü ildönümü münasibətilə maraqlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, müğənni sosial media hesabında dərc etdiyi fotoda əlində babası İmanqulu Cavadovun portretini tutaraq, onun İkinci Dünya müharibəsində iştirak etdiyini vurğulayıb.
ABD Malik izləyiciləri ilə bölüşdüyü fotonu belə şərh edib:
“Babam İmanqulu Cavadov! Berlin onu tanıyır”.

Rəşad Əliyev