Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Reper Diddinin insan alveri işi üzrə məhkəmə prosesinin vaxtı təyin edilib
P.Diddi kimi tanınan reper və prodüser Şon Kombs 5 may 2025-ci ildə insan alveri ilə bağlı mühakimə olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Prokuror Emili Conson, işə baxılmasının ən azı üç həftə, Kombsun vəkili Mark Aqnifilo isə təxminən bir həftə çəkəcəyini bildirib.
Xatırladaq ki, oktyabrın 7-də amerikalı reper P.Diddinin anası oğlunun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı ictimaiyyətə müraciət edib. 84 yaşlı Cenis Smell Kombsun sözlərinə görə, oğlu saxta ittihamlara və ictimai linçə məruz qalıb.
Sentyabrın 17-də məlum olub ki, musiqiçi məhkəmənin qərarı ilə Nyu-Yorkda həbs edilib. Keçmiş sevgilisinin 2023-cü ildə onu insan alverində və illərlə zorakılıqda ittiham etdiyindən sonra reperin nəzarət altında olduğu bildirilir. Həmin gün hüquq-mühafizə orqanları reperi insan alveri və fahişəliyin təşkilində ittiham edib.
"P.Diddy (Puff Daddy, Diddy, Şon Kombs)" teqi üzrə xəbərlər
- Diddiyə qarşı daha iki zorlama iddiası: "İçkinin ilk qurtumundan başım gicəlləndi"
- Diddinin həbsdən sonra görünüşü jurnalistləri şoka salıb
- Jay-Z öz günahsızlığına əmindir: Zorlama ilə bağlı qalmaqallı işin yeni təfərrüatı
- Beyonse ərinin 13 yaşlı qızı zorlama ittihamına laqeyd qala bilmədi: Ailədə böhran barədə ilk siqnal
- Diddinin içkilərinə narkotik qatdıqları qurbanlarının vəkili: "Yüzlərlə iddia qaldırıla bilər"
Rəylər