Ən çox qazanan müğənni də mənəm, ən çox pul xərcləyən də.
Oxu.Az xəbər verir ki, bunu müğənni Röya Ayxan “Onlar” verilişinə açıqlamasında konserti haqda danışarkən deyib.
Müğənni bildirb ki, qazandığı pulların hamısı sənətinə gedir: “Bu konsert çox fərqlidir, əsəbim və pullar gedib. Ən çox qazanan müğənni də mənəm, ən çox pul xərcləyəndə. Mənim evimə girib “bu qədər pul lazımdır” desən, mən onu tapıb verə bilməyəcəm. Qazandığımın hamısı sənətimə gedir. Məhəbbət Kazımovun “Laçınım” mahnısını oxudum. Hamı deyir ki, mən oxuya bilmərəm. Mahnının tərzinə uyğun oxuya bilərsən. Qardaşım İsmayıl da incəsənətlə məşğuldur, lakin bunu istəmirəm, qardaşımla bağlı arzularım başqadır. Qazanıb onları 4 yaşından başqa ölkədə təhsil aldıran bacı, qadın, ana olaraq istəyərəm ki, başqa işlə məşğul olsun”.
E.Ə.