May ayının 12-i, 14-ü və 16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək sayca 65-ci “Avroviziya” mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək müğənninin adı açıqlanıb.
Oxu.Az xəbər verir ki, Rusiyanı beynəlxalq yarışmada əslən ukraynalı 35 yaşlı populyar müğənni Aleksandr Panayotov təmsil edəcək.
Rusiya mediasının yaydığı məlumata əsasən, Panayotov “Avroviziya 2020”də mahnısını rus dilində ifa edəcək. Müğənni müsabiqədə “Uğursuzluqlarımın göz yaşı” əsərini oxuyacaq.
Bəstənin müəllifləri Mixail Qutseriyev, Vladimir Matetskiy və Leonid Qutkindir.
Təqdim olunan proqrama görə, Rusiyadan olan iştirakçı mayın 12-də “Avroviziya-2020”nin ilk yarımfinalında çıxış edəcək. Müğənni səhnəyə ilk onluqda çıxacaq.
Rəşad Əliyev