Azərbaycandan Avropaya mühacirət etmək üçün bəziləri özlərini gey kimi göstərirlər, guya cinsi azlıqdırlar. Yeri gələndə evlənirlər və sonradan bundan xaricə getmək üçün bəhanə kimi istifadə edirlər.
Oxu.Az məsələ ilə bağlı stilist Samiraldonun da münasibətini öyrəndi:
“Bəli, belə insanlar çoxdur. Gedib özlərini gey kimi göstərirlər, 5 ilə Avropa onlara havayı hər şey verir. Oranın vətəndaşı olurlar. 5 ildən sonra o insanlar yenə Azərbaycana gəlib, öz həyatlarını yaşayırlar. Hər bir insan öz vətənini sevməlidir.
Mən düz danışmağı sevirəm. 1990-cı ildə özüm də Azərbaycandan getmək istəmişəm. Məni çox incidiblər. 1994-cü ildə həyatım yavaş-yavaş dəyişməyə başladı. Vətənimi sevməyə başladım. Azərbaycan gündən-günə mənə doğma oldu. Mən heç vaxt 60 kv.m. evə görə ailəmin adına ləkə gətirmərəm.
Çox müğənnilər tanıyıram ki, 3 ay qaçıblar Avropaya, acından ölən kimi Azərbaycana qayıdıblar.
Bir söz də demək istəyirəm. Mən Avropa yeməklərini yeyə bilmirəm. Bakıda restorana gedəndə həmişə bizim milli yeməkləri yeyirəm. Bunu dostlarım yaxşı bilir”.
Aytən Sadıqzadə
www.oxu.az