ATV-də yayımlanan “Düz üzünə” verilişinin növbəti qonağı müğənni Tacir Şahmalıoğlu olub.
Oxu.Az xəbər verir ki, teleaparıcı İradə İsaqın müğənniyə keçmiş duet ortağı Fədayə Laçınla bağlı verdiyi suala T.Şahmalıoğlu belə cavab verib:
“Bəli, Fədayə ilə çalışdığım 6 il ərzində onunla qadın-kişi münasibətində olmuşuq, amma bu, sevgi deyildi”.
Xatırladaq ki, mətbuatda illər öncə dəfələrlə onların sevgili olduğu ilə bağlı xəbərlər yayılıb.