Dünyaca məşhur pop ulduz Tarkana mükafat verilib.
Oxu.Az ANS PRESS-in məlumatına görə bildirir ki, dekabr ayının 31-dən yanvar ayının 1-ə keçən gecə yeni ili Quba otellərindən birində qarşılayan ulduzun konserti “İlin ən yaxşı konserti” adına layiq görülüb.
ANS telekanalında yayımlanan “Şou-biz” verilişində bildirilib ki, bu mükafat konsertdə Beynəlxalq Mədəni Araşdırmalar Mərkəzi tərəfindən verilib.
Xatırladaq ki, Qubada konsert proqramı ilə çıxış etmək üçün 1 milyon manat qonorara razılaşan Tarkanın biletlərinin qiyməti 350-1000 manat arasında dəyişib.