Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Vanda Naranın sevgilisi İkardi ilə mesajlaşmasını paylaşdı: Ulduz futbolçudan SƏRT REAKSİYA
"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi boşanma ərəfəsində olduğu Vanda Nara və onun özündən 13 yaş kiçik olan yeni sevgilisi L-Qante ilə bağlı qalmaqallar səngimək bilmir. Bu dəfə L-Qante Mauro İkardi ilə olan mesajlaşmasını sosial media hesabından paylaşıb.
Oxu.Az-ın verdiyi məlumata görə, paylaşımdan sonra ulduz oyunçunun dediyi sözlər heyrətə gətirib və çoxsaylı müzakirələrə səbəb olub.
Belə ki, ilk mesajı Vanda Naranın sevgilisi yazıb və İkardini "tutuquşu" adlandırıb:
"Ay tutuquşu, məni yordun. Qızlarının anasına hörmət et və onunla mübarizə aparma. Yoxsa qızlarının anasına nifrət etməkmi istəyirsən? Psixoloqa get. Sənin yaxşı bacardığın yeganə şey topa vurmaqdır. Bunu artıq birinin sənə deməsi lazım idi", - deyə o mesaj yazıb.
İkardi isə Vandanın gənc sevgilisindən sui-istifadə etdiyini bildirib:
"Vandanın məni qısqandırmaq üçün istifadə etdiyi kuklalarla dava etmirəm. Üstəlik, sən özünü ələ verirsən. Səni tutuquşu kimi gəzdirən odur. Ona hörmət etməyə davam et, amma unutma ki, o, hər zaman geri qayıdır. Yoxsa keçən həftə birlikdə olduğumuzu iddia edən məktub yayınlandı, görmədin? Vanda məni geri qaytarmağa çalışırdı, amma mən ona "yox" cavabı verdim. Sən isə alçalmış qadının oyununa düşdün. Məni qısqandırmağa çalışdığı tək sən deyilsən. O, məni tapmaq üçün həmişə geri qayıdır", - deyə M.İkardi mesaja cavabında yazıb.