"Warner Bros. Discovery" (WBD) "Paramount Skydance" (PS) şirkətinin beynəlxalq media və əyləncə konqlomeratını 108.4 milyard dollara almaq təklifini rədd etdi.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Direktorlar şurası səhmdarlara "Netflix"in xeyrinə "Paramount"un təklifinə qarşı səs verməyi tövsiyə edib və bu, aktivlər uğrunda mübarizədə daha bir dönüş nöqtəsi olub.
Əvvəllər xəbər verildiyi kimi, PS şirkəti "Netflix"in WBD-ni təxminən 83 milyard dollara almaq təklifinə 108.4 milyard dollarlıq təkliflə cavab verib. Bu arada, "Paramount Skydance" şirkəti "Netflix"lə mübahisədə şuranın dəstəyini qazanmaq üçün "Warner Bros. Discovery" üçün təklifinin qiymətini artırmağı təklif etmişdi.
"Warner Bros. Discovery" (WBD), böyük ehtimalla, "Paramount Skydance" (PS) şirkətinin satınalma ilə bağlı təklifini qəbul etməyəcək.
Oxu.Az xəbər verir ki, məlumatı "Reuters" yayıb.
WBD bu qərarını çox yaxın gələcəkdə elan edə bilər. Direktorlar Şurası səhmdarlara "Paramount Skydance" əleyhinə səs verməyi məsləhət görür.
Əvvəlcə xəbər verildiyi kimi, "Netflix"in WBD-ni təxminən 83 milyard dollara almaq təklifinə cavab olaraq, PS 108.4 milyard dollarlıq əks-təklif irəli sürüb.
Bu arada, "Netflix"lə mübahisədə şuranın dəstəyini təmin etmək üçün "Paramount Skydance" - "Warner Bros. Discovery" üçün təklifinin qiymətini artırmağı fərdi qaydada nəzərdən keçirib.