Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında "Bakı Konqres Mərkəzi" MMC xidməti minik avtomobillərinin satın alınması ilə bağlı tender elan edib.
Oxu.Az xəbər verir ki, satınalma üzrə ehtimal olunan qiymət 3 milyon 37 min 320 manat təşkil edir.
Tender çərçivəsində ümumilikdə 36 ədəd hibrid mühərrikli sedan tipli xidməti minik avtomobilinin alınması nəzərdə tutulur. Bunlardan 15 ədədi E seqment (full-size) sedan, 21 ədədi isə D seqment (mid-size) sedan avtomobillərdir.
Satınalmaya 19 yanvar 2026-cı il tarixində yekun vurulacaq.
Elmidar Əliyev