“Sən supersən!” vokal müsabiqəsinin ikinci turu davam edir.
Oxu.Az xəbər verir ki, layihədə Azərbaycanı təmsil edən uşaq evinin yetirməsi Xoşqədəm Mehdiyeva vokal müsabiqənin finalına çıxa bilməyib.
Böyük səhnədə Xoşqədəm Alla Puqaçovanın populyar “Pozovi menya s soboy” mahnısını ifa edib.
Qeyd edək ki, Rusiyanın “Sən supersən!” layihəsi fevralın 11-də start götürüb. Layihədə valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlar iştirak edirlər.
S.B.
www.oxu.az