2016-cı ildə Azərbaycan paytaxtında Rusiyanın rok ifaçısı Zemfiranın konserti keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə konsertin təşkilatçısı TriDa Promotion Facebook sosial şəbəkəsində, tədbirin rəsmi səhifəsində yazıb.
Konsertin keçiriləcəyi məkan bir qədər sonra bildiriləcək.
Qeyd edək ki, Zemfira Bakıda yalnız bir dəfə - 2000-ci illərin əvvəlində çıxış edib, 2012-ci ilin mayına təyin edilmiş konsert isə baş tutmamışdı.