14 
İyl
2014
13:17
32
9
4312
Virtual karabakh

Röya: “W Trio”da ən eybəcəri və populyarı mən idim – VİDEO

14 İyl, 2014
13:17
4312

Röya: “W Trio”da ən eybəcəri və populyarı mən idim – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məni gözəl qadın yaratmayıb, amma gözəl aura verib”.

Müğənni Röya Ayxan “10lar” verilişinə maraqlı açıqlamalar verib.

Oxu.Az xəbər verir ki, ifaçı “W Trio”da ən eybəcər və populyar olduğunu söyləyib:

“Vaqif Gərayzadənin qrupunda ifa edəndə 9-cu sinifdə oxuyurdum. Attestatımı almağa artıq dikdabanda getmişdim, hamı mənimlə şəkil çəkdirirdi. “W Trio”da ən eybəcəri və populyarı mən idim. 1999-cu ildə AzTV-də ifa edirdim, yadımdadır mənə çəhrayı paltar geyindirmişdilər, qaraçıya oxşayırdım. 

Özümə eybəcərəm deyəndə zarafat edirəm, başqaları desə, boğaram. Hətta İnstagram səhifəmdə də yazmışdım ki, mənə “Gözəl deyil” yazmayın, fotomodel deyiləm. Allah hər bir insanı bir cür fərqləndirir. Məni gözəl qadın yaratmayıb, amma gözəl aura verib. Mənə deyirlər ki, çox havalısan”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri