Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

AAYDA-ya doqquz milyon manat vəsait ayrıldı – SƏRƏNCAM
Prezident İlham Əliyev Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Sərəncam imzalayıb.
Oxu.Az President.az-a istinadən bildirir ki, sərəncamla Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən uzunluğu 100 metr, altı aşırımdan ibarət yeni körpünün tikintisi məqsədilə 9.960.000,0 (doqquz milyon doqquz yüz altmış min) manat vəsait Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə həvalə olunub.
Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulur
- Prezidentdən "Azərbaycan Dəmir Yolları" QSC ilə bağlı FƏRMAN
- Xocalıda memorial kompleks yaradılır - 18,3 milyon manat ayrıldı
- Deputat: "Pakistanın baş nazirinin Bakıya səfəri əlaqələrin inkişafına yeni impuls verəcək"
- İlham Əliyev Küveyt əmirinə təbrik məktubu göndərdi