Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ yüzlərlə azərbaycanlını deportasiya etməyə hazırlaşır
ABŞ yüzlərlə azərbaycanlını deportasiya etməyi planlaşdırır.
Oxu.Az-ın verdiyi məlumata görə, müvafiq siyahı ABŞ İmmiqrasiya və Gömrük Polisi tərəfindən dərc edilib.
Məlum olur ki, sənəddə 709 azərbaycanlının adı var.
Qurumun hesabatına görə, ümumilikdə 1,4 milyondan çox insanın ölkədən deportasiya edilməsi planlaşdırılır. Onların arasında Honduras, Qvatemala, Salvador, Meksika, Nikaraqua, Kuba, Braziliya, Çin və Kolumbiya vətəndaşları üstünlük təşkil edir.
Burada maraqlı bir məqam var. ABŞ 845 nəfəri Yuqoslaviyaya deportasiya etməyi planlaşdırır. Lakin bu dövlət artıq mövcud deyil, onun yerinə Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro, Şimali Makedoniya, Serbiya, Sloveniya yaranıb. İnsanların dəqiq hara deportasiya ediləcəyi hələ məlum deyil.
"ABŞ-də miqrantlar" teqi üzrə xəbərlər
- Tramp 30 minə qədər miqrantın Quantanamoda saxlanılması haqqında sərəncam imzalayacaq
- Trampdan Kaliforniya şərab istehsalçılarına ağır zərbə: Sahibkarlar "müharibəyə" hazırlaşırlar
- Nyu-Yorkda miqrantlara qarşı kütləvi reydlər başlayıb
- ABŞ-yə etiraz Kolumbiyaya baha başa gəldi
- Kolumbiya ABŞ-dən deportasiya olunan vətəndaşlarını qəbul etməyib