Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Arxiyepiskop Baqrat Qalstanyanın qərbi azərbaycanlılar barədə bəyanatına CAVAB
Ermənistanda özünü "Müqəddəs mübarizə" hərəkatının lideri kimi təqdim edən arxiyepiskop Baqrat Qalstanyan qərbi azərbaycanlılar və onların geri qayıdış hüququ ilə bağlı irqçi və ksenofob mövqedən çıxış edən bəyanat verib.
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.
"Din xadimi yoxsa siyasətçi olduğu anlaşılmayan bu diletant, reallıqdan uzaq şəxs soydaşlarımızla bağlı radikal xarakterli fikirlər səsləndirib, 300 mindən çox qərbi azərbaycanlının öz ata-baba torpaqlarına sülh yolu ilə qayıdışı məsələsini təhrif edərək, siyasi və ksenofob don geyindirməyə çalışıb", - açıqlamada deyilir.
Qərbi Azərbaycan İcması Baqrat Qalstanyanın bu bəyanatını qınayır, arxiyepiskopu belə irqçi yanaşmadan çəkinməyə çağırır. Bir din xadimi olaraq sülhü, ədaləti, barışığı təmsil və təbliğ etmək əvəzinə arxiyepiskopun bu cür şovinist mövqedən çıxış etməsi erməni Qriqoryan kilsəsində və cəmiyyətində bu cür irqçi yanaşmaların hakim olduğunu göstərir.
İcma həmçinin sülh prosesinə verdiyi zərərdən dolayı Ermənistan hökumətindən ərazisində bu kimi irqçi meyllərə imkan verməməyi tələb edir.
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Xronika: "Ölən erməni qızın nənəsi məhkəmədə tələb etdi ki, yunan yox, türk tutulmalıdır"
- Qərbi Azərbaycan Xronikası: "Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib"
- Xronika: "Azərbaycan dövlətçiliyinin tarixi Urmiya gölü ətrafında 4 200 il əvvəldən başlayır"
- İcma: "Ermənistan həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlarımıza qarşı çıxır"
- Xronika: Ermənilərin saxta addəyişmə terroruna məruz qalan məkan