"Mənim əmim Azərbaycan Ordusunun başçısı Qambay Vəzirovun müavini idi".
Oxu.Az xəbər verir ki, bu sözləri "Qərbi Azərbaycan" TV-yə müsahibəsi zamanı Elmira Bağırova deyib.
"Əmimi 1937-ci ildə tutmuşdular. Ona tərtib etdikləri sənədə qol çəkmək üçün təkid ediblər, amma o razılaşmayıb. Orada əmimlə birlikdə olan, amma sonra azadlığa çıxa bilən bir nəfər danışıb. Deyir ki, Sultanı gördüm. Onu döşəməyə qırıq-qırıq şüşələr töküb üstündə sürüyürdülər".
Elmira Bağırova daha sonra əmisinin Nargin adasına sürgün edildiyini deyib.
Daha ətraflı videosüjetdə:
Nargin adasına sürgün edilmiş qərbi azərbaycanlının qohumu dəhşətli FAKTLAR AÇIQLADI - VİDEO
Qaynar xətt:
(055) 224 12 12