"Avropa İnvestisiya Bankı (EIB) hazırda Azərbaycana və nəqliyyat əlaqələrinə investisiya imkanlarını, o cümlədən Naxçıvan dəmir yolu kimi bir sıra konkret layihələri nəzərdən keçirir".
Oxu.Az xəbər verir ki, bu fikirləri EIB Qrupunun Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Stella Renita Avropa İttifaqı - Azərbaycan Biznes Forumunda deyib.
O bildirib ki, nəqliyyat əlaqələri ilə yanaşı, digər istiqamətləri də diqqətdə saxlanılır:
"Çünki əlaqəlilik yalnız nəqliyyat infrastrukturu demək deyil. Bura enerji və rəqəmsal infrastruktur da daxildir.
Nəzərdən keçirdiyimiz digər layihələrə Qara dəniz rəqəmsal əlaqə layihəsi və Xəzər-Qara dəniz yaşıl enerji dəhlizi daxildir. Sonuncu layihə üzrə texniki-iqtisadi əsaslandırmadır ki, bu da sabah təqdim olunacaq və EIB də bu prosesdə iştirak edəcək".