Azərbaycandan Cibutiyə humanitar yardım göndərilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardımı yola salıb.
Humanitar yardıma qənd, şəkər tozu, çay, günəbaxan yağı, qarğıdalı yağı, un, makaron, vermişel və içməli su daxildir.
07.04.2017 (11:05)
Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərəcək.
FHN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ünvana çatdırılacaq humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işlərinə başlanılıb.
E.Ə.
www.oxu.az