Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan Davos forumunda təmsil olunacaq
Bu il Dünya İqtisadi Forumu (World Economic Forum - WEF) yanvarın 20-dən 24-dək Davosda keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, tədbirdə dövlət və hökumət başçıları, həmçinin nüfuzlu beynəlxalq maliyyə qurumlarının nümayəndələri, iqtisadiyyat sahəsində ekspertlər iştirak edəcəklər.
Forumda Azərbaycanın rəsmi şəxslərinin də iştirakı gözlənilir.
Qeyd edək ki, Dünya İqtisadi Forumu (WEF, Davos forumu) 1971-ci ildə beynəlxalq qeyri-hökumət təşkilatı kimi təsis edilib. Onun üzvləri dünyanın 50-dən çox ölkəsindən təxminən min iri şirkət və təşkilatdır. Mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Forumun təsisçisi professor Klaus Şvabdır.
İsveçrənin Davos şəhərində hər il keçirilən Dünya İqtisadi Forumunda əsas müzakirə mövzusu səhiyyə və ekologiya daxil olmaqla kəskin qlobal problemlərdir.