Azərbaycan və Latviya arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, sənəd Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsin Azərbaycana səfəri çərçivəsində imzalanıb.
Sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və latviyalı həmkarı E.Rinkeviçs imzalayıblar.
S.B.
www.oxu.az