Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 9-da təlim-məşq uçuşları zamanı "Mİ-8" hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkova başsağlığı ünvanlayıb.
Oxu.Az bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Qardaş Qazaxıstan Respublikasının Aktobe vilayətində baş vermiş helikopter qəzası nəticəsində ekipaj üzvlərindən bir nəfərin həlak olması və digərlərinin xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.
Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm".
Xatırladaq ki, helikopterin göyərtəsində üç nəfər olub, onlardan biri dünyasını dəyişib. Digər iki zərərçəkən xəstəxanaya yerləşdirilib.