Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Deputatlığa namizəd Məmməd Əliyevə xəbərdarlıq edildi
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkidə 77 saylı Lənkəran şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmməd Ağalar oğlu Əliyevə dairə seçki komissiyası (DSK) tərəfindən xəbərdarlıq edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq 77 saylı Lənkəran şəhər seçki dairəsinin dairə seçki komissiyasından məlumat verilib.
DSK-dan bildirilib ki, seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmməd Əliyevin qanunvericiliklə müəyyənləşdirilmiş seçkiqabağı təşviqat qaydalarını kobud şəkildə pozması digər namizədlərin və seçicilərin haqlı narazılığına səbəb olub:
"Namizəd Məmməd Əliyev seçkiqabağı təşviqat qaydalarını pozduğuna görə DSK tərəfindən qanunverciliyin tələblərinə uyğun olaraq, ona xəbərdarlıq edilib. Habelə təşviqat dövründə belə halların təkrarlanmasının qanunvericiliklə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görülməsinə əsas olması namizədin diqqətinə çatdırılıb".
"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"