Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanın BMT ilə yeni Çərçivə Sənədinin istiqamətləri açıqlanıb
Azərbaycanla BMT arasında imzalanması planlaşdırılan yeni Çərçivə Sənədi üçün təkliflər irəli sürülüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə "Yüksəksəviyyəli Strateji Prioritetləşdirmə" tədbirində bildirib.
Onun sözlərinə görə, yeni Çərçivə Sənədində aşağıdakı əsas istiqamətlərin əks olunması təklif edilir:
- COP29 çərçivəsində elan edilən iqlim təşəbbüslərinin həyata keçirilməsi;
- İşğaldan azad olunmuş ərazilərin reinteqrasiyası üçün dayanıqlı inkişaf layihələrinin dəstəklənməsi;
- Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 18-ci məqsədinin sənədə daxil edilməsi və mina təhlükəsizliyinin gücləndirilməsi;
- İqtisadi diversifikasiyanın təşviqi, ixracın artırılması və innovasiya təşəbbüslərinin genişləndirilməsi;
- Dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi.
S.Bəşirli əlavə edib ki, İqtisadiyyat Nazirliyi bu istiqamətlər üzrə daha detallı təqdimat hazırlayıb.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- BTQ-nin İcraçı direktoru BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirak edir
- BMT İranın uran ehtiyatları ilə bağlı təcili iclas keçirəcək
- Azərbaycan Ermənistanın mina təhlükəsi ilə bağlı ittihamlarına cavab verdi
- Azərbaycan BMT-də minaların fiziki məhdudiyyətli insanlara təsiri ilə bağlı narahatlığını ifadə edib
- Yarıtmaz daxili, dişsiz xarici siyasət - Makron Fransası artıq güc mərkəzi deyil