Azərbaycan BMT-nin Ətraf Mühit Proqramı ilə birlikdə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək.
Oxu.Az xəbər verir ki, 2026-cı il iyunun 5-də baş tutacaq tədbirin gündəliyi açıqlanıb.
Müvafiq paylaşım BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) "X" səhifəsində edilib.
Qeyd olunub ki, 2026-cı ilin mövzusu urbanizasiya və iqlim dəyişikliyi arasındakı həyati əlaqəni vurğulayaraq, Azərbaycanın qlobal ekoloji əməkdaşlığı gücləndirmək və təsirli, inklüziv iqlim fəaliyyətinə dair davamlı öhdəliyini əks etdirəcək.
Azerbaijan will host the next World Environment Day on 5 June 2026, in partnership with the United Nations Environment Programme (UNEP). The 2026 theme will spotlight the vital connection between urbanisation and climate change, reflecting Azerbaijan’s ongoing commitment to… pic.twitter.com/kp1j5HY0up
— COP29 Azerbaijan (@COP29_AZ) June 5, 2025