Ümummilli lider Heydər Əliyevin xatirəsi Ankarada yad edilib.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, səfirlik heyəti və Ankarada səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvləri Ankaradakı Heydər Əliyev parkını ziyarət edərək ulu öndərin abidəsi önünə çələng qoyublar.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Ankarada yad edildi.
— AzEmbassyTürkiye (@AzEmbassyTurkey) December 12, 2023
Səfirlik heyəti və Ankarada səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupu heyəti Ankaradakı Heydər Əliyev parkını ziyarət edərək, Ulu Öndərin abidəsi önünə… pic.twitter.com/SjN4vUoT1A